Nepalda qadın prezident seçildi
Oktyabr 29
12:11
2015
Nepalda keçirilən prezident seçkisi Kommunist Partiyasının lideri Bidhya Devi Bhandarinin qələbəsi ilə nəticələnib.
ANS PRESS-in məlumatına görə, parlamentdə baş tutmuş seçkidə qadın lider 214 əleyhinə, 327 lehinə səs toplayaraq ölkənin prezidenti olub.
Bidhya Devi Bhandari ölkənin keçmiş kommunist lideri Madan Bhandarinin həyat yoldaşı olub. 1993-cü ildə kommunist liderin yol nəqliyyat qəzasında ölümü ilə xanım Bhandari siyasətə girməyə qərar verib.
Bidhya Devi Bhandari 1961-ci ildə anadan olub. Siyasətlə tələbəlik illərindən maraqlansa da əktiv siyasi həyatı ərinin dünyasını dəyişməsindən sonra başlayıb.
Bhandari həm də Nepalın 2-ci prezidentidir. Bu ölkədə monarxiya rejimi 2008-ci ildə ləğv olunub və ölkəyə Federativ Demokratik Nepal Respublikası adı verilib.
Bidhya Devi Bhandari bu ölkədə qadın hüquqları sahəsində apardığı uzun müddətli mübarizəsi səbəbindən Nepalda qadın hərəkatının simvolu kimi qəbul olunur.



