Neftin qiymətinin artmasının səbəbi bilindi
Mart 17
11:47
2016
Citigroup son günlər neftin qiymətinin artmasının səbəbini izah edib. Bu, Rusiya və OPEK-in neft hasilatını dondurması qərarı ilə bağlı deyil. Səbəb İraq və Nigeriyada neft kəmərlərinin fəaliyyətini dayandırmasıdır. Kəmərlərdəki problem yaxın həftələrdə aradan qaldırıla bilər. Hesablamalara görə, bu problem dünya bazarını sutkada 800 min barel neftdən məhrum edir. Bu da dünya hasilatının 1%-i deməkdir.
azadlıq.info