Neftin qiymətində bahalaşma
Fevral 16
08:12
2016
Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 0,93% artım qeydə alınıb. Hazırda bu markalı neft 33,67 dollardan təklif edilir.
WTI markalı neftin qiymətində də artım var. Belə ki, 1,12% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 29,77 dollarda qərarlaşıb.
Qeyd edək ki, ötən gün Brent markalı neft 32,77, WTI isə 29,11 dollardan satılırdı.