Neftin qiyməti 41 dolları ötüb
Mart 08
01:03
2016
"Brent" markalı neftin qiyməti bir barelə görə 41 dollar göstəricisini ötüb.
"Report" xəbər verir ki, beynəlxalq hərraclar zamanı "Brent" etalon markalı xammalın bir bareli 41,02 dollara satılıb. Hərraclar zamanı artım 6% təşkil edib. Bu qiymət 2015-ci ilin dekabr ayından bu yana ilk dəfədir ki qeydə alınır.