SON XƏBƏR

Neftin qiyməti 38 dolları ötdü

Mart 05
10:10 2016
Dünya bazarlarında neft sürətlə bahalaşır.
 
"Marja” xəbər verir ki, Bakı vaxtı ilə 20:50-də Brent neftinin barelinin qiyməti 3,5% qalxaraq 38,44 dollara, ABŞ xam nefti isə 3,1% artaraq 35,64 dollara çıxıb. Yayılan məlumata görə, 20 Martda Rusiyada OPEC ölkələri və digər neft istehsalçılarının toplantısı keçiriləcək.
 
İlkin məlumata görə, neft istehsal edən ölkələr qiymətləri 50 dollara qaldırmaq üçün hasilatın məhdudlaşdırılmasını müzakirə edəcəklər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook