İki günlük enişdən sonra dünya bazarlarında neftin qiyməti yenidən qalxmağa başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu gün saat 00:25-ə olan məlumata görə, Brent markalı neftin 1 barreli 35,06 dollara satılır. Sutka ərzində neft 7,17% (2,34 dollar) bahalaşıb.