Neftin qiyməti 10 dollara düşəcək - Şok iddia
Yanvar 13
09:18
2016
Britaniyanın Standard Chartered bankının analitikləri neftin qiymətlərinin enməsinə dair ən pessimist proqnozu veriblər. Onların fikrincə, neftin qiyməti bir barel üçün 10 dollara düşə bilər, Oxu.Az RBK-ya istinadən xəbər verir.
"Biz hesab edirik ki, bazar iştirakçıları baş verənləri qəbul edənə qədər neftin qiyməti bir barel üçün 10 dollara düşə bilər”, - bankın Reuters-in sitat gətirdiyi proqnozlarında deyilir.
Agentlik qeyd edir ki, bir sıra digər bankların da (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generalе) 2016-cı il üçün neftin qiymətlərinə olan proqnozları pisləşib.
Əsasən Barclays öz proqnozunu 2016-cı ildə Brent və WTI üçün 60-56 dollardan 37 dollara qədər azaldıb.
Proqnozların pisləşməsi Çində iqtisadi inkişafın sürətinin azalması və neftin yenidən istehsalı ilə bağlıdır.
Wood MacKenzie-nin analitiki Kreyq Makmaxonun sözlərinə görə, neft bazarında yenidən istehsal indi gün ərzində 1,5 milyon bareldən ibarətdir.
Qaynar.info