SON XƏBƏR

Neftçalada DSK sədri niyə işdən çıxıb? (AÇIQLAMA)

Mart 28
11:34 2023
62 saylı Neftçala Dairə Seçki Komissiyasının (DSK) keçmiş sədri Zaur Kərimov bu vəzifədən çıxması ilə bağlı xəbəri təsdiqləyib. 

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, işdən öz ərizəsi ilə çıxıb.

"İşdən nöqsanlara görə çıxarılmağım barədə iddialar həqiqəti əks etdirmir. Öz ərizəmlə çıxmışam. Hazırda səhhətimdə müəyyən problmelər var, müalicə alıram”, deyə Zaur Kərimov əlavə edib.

Keçmiş DSK sədri Neftçala Yod-Brom Zavoduna icraçı direktor təyin olunması barədə xəbər də münasibət bildirib. Onun sözlərinə görə, belə bir təyinat yoxdur:

"Heç bir vəzifəyə təyin olunmamışam. Hazırda evimdəyəm və işsizəm. Haqqımda əsassız məlumatlar yayırlar. Vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin müdiri işləmişəm. Məlumat yayıblar ki, guya oradan nöqsanlara görə çıxarılmışam. Halbuki belə olmayıb. Əvvəllər Dövlət Sosial Müdafiə Fondu nazirlikdən ayrı fəaliyyət göstərirdi. Həmin vaxt bu qurumlar birləşdirildi və orada pensiya təminatı şöbəsinə keçdim. Yəni, oradan nöqsanlara görə işdən çıxarılmamışam. Sonradan Neftçala Rayon İcra Hakimiyyətində çalışmışam. Bu iddialar əsassızdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook