Neft və Sənaye Universitetinin rektoru Azərbaycan tarixində ilkə imza atdı
Fevral 07
11:05
2016
Azərbaycan Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı Azərbaycan təhsil tarixində ilkə imza atıb.
Moderator.az xəbər verir ki, Mustafa Babanlı dünyada cəmi 450 universitet rəhbərinin adının yer aldığı Dünya Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib.
Bu göstərici təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz universitetləri arasında bir ilkdir. Belə ki, adı çəkilən assosiasiyaya Cənubi Qafqaz ölkələrinin heç bir rektoru üzv olmayıb.
Qeyd edək ki, beynəlxalq qurumun mərkəzi Nyu -York şəhərində yerləşir.
Həmçinin Mustafa Babanlının rektoru olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Cənubi Qafqazda ilk olaraq ingilisdilli universitetlər qrupuna daxil olmaqla da bir qürurverici uğura imza atıb.
Belə ki, bundan sonra dünyanın bütün nüfuzlu universitetləri və elm mərkəzləri, tədqiqat institutlar və laboratoriyaları bu universitetin məzunlarını qeyd-şərtsiz qəbul edəcəklər.



