SON XƏBƏR

Neft və Sənaye Universiteti nəzdindəki bu qurumun gəzintisinə 119 min manat xərcləyəcək

Mart 05
07:16 2025
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ-nin nəzdindəki Azərbaycan Fransız Universiteti üçün tələb olunan nəqliyyat, sərnişindaşıma və mehmanxana xidmətlərin satın alınması" lotu üzrə keçirilən satınalmada "HIGHTECH SERVICES” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. 
 
Tenderin dəyəri 119.584 manatdır. 
 
Satınalma müqaviləsinə görə "HIGHTECH SERVICES” MMC Universitetə Göygöl, Xızı-Altıağac, Şamaxı, Yasamal, Tovuz, Şəmkir, Qobustan, Lökbatan, Hövsan, Ceyranbatan və Mingəçevir su anbarları, Lahıc, Xanagah, Abşeron Milli Parkı, Qəbələ, Lənkəran, Şıxov və digər yerlərə səfərlər zamanı müxtəlip tip avtomobil xidməti göstərəcək. 
 
Bu avtomobillərin içərisində furqon tipli yükdaşıma, 15 və 30 nəfərlik avtobus və 4x4 tipli avtomobillərdən istifadə ediləcək.
 
Qeyd edək ki, Azərbaycan Fransız Universiteti 2014-cü ildə iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsi məqsədilə yaradılıb. 2017-ci ildə tədris binasının açılışı olub. 
 
 
 
Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovdur.
 
O, 2025-ci ilin fevral ayının 3-də bu vəzifəyə təyin edilib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook