SON XƏBƏR

Neft qiymətləri sabitləşə bilər -Beynəlxalq Enerji Agentliyi

Mart 12
07:41 2016
Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var, Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.
 
Qlobal.az Report-a istinadən xəbər verir ki, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir. İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb.
 
Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.
 
Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barelə düşəcək. ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook