"Neft Daşları"da indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Noyabr 07
10:18
2025
"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan 01.11.2025 tarixinədək 181,8 mln. ton neft hasil edilib.
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yataqdan 14,2 mlrd. kubmetr qaz hasil edilib.
Məlumata görə, yataq Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. SOCAR-ın neft-qaz hasilatının təqribən 70%-i sahilə buradan ötürülür.



