“Neft Daşları” yatağında yeni quyu qazılır
Yanvar 26
15:43
2016
"Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadakı 2158 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1910 metrdir.
Quyudan sutkada 10 ton neft hasil olunması nəzərdə tutulur.