SON XƏBƏR

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Fevral 27
17:08 2016
"Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2617 nömrəli quyu qazmadan sonra istismara verilib.
 
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 978-967 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook