SON XƏBƏR

Neft 30 dollardan aşağı düşdü

Yanvar 14
00:33 2016
Brent markalı neftin bir barelinin qiyməti 2004-cü ildən bəri ilk dəfə olaraq 30 dollardan aşağı düşüb. ICE birjasında Brent 29,95 dollara satılıb. Sonuncu dəfə belə qiymət 2004-cü ilin aprelində qeydə alınıb.
 
Britaniyanın Standard Chartered bankının analitikləri bu il neftin bir barelinin qiymətinin 10 dollara düşəcəyini proqnozlaşdırıb. Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generalе bankları da 2016-cı il üçün neft proqnozlarını pisləşdirib. Barclays bu il üçün Brent və WTI markalı neftə görə proqnozu 37 dollara salıb. Bir neçə ay əvvəl isə bank müvafiq olaraq 60 və 56 dollar nəzərdə tuturdu.
 
azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook