Nəcəf Nəcəfov 1993-cü ildən sonra niyə "Azadlıq" qəzetinə qayıda bilmədi?
Dekabr 18
13:35
2019
Xaliq Bahadır kimləri nəzərdə tutur?
"Azadlıq" qəzetinin köşə yazarı, tanınmış publisist Xaliq Bahadır qəzetin qurucusu və ilk baş redaktoru Nəcəf Nəcəfovla bağlı ciddi bir məqama toxunub.
Onun statusunu olduğu kimi təqdim edirik:
"Nəcəf bəy yaradan Azadlıq! Nəcəf bəy başqa bir "Azadlıq" qəzeti yaratmışdı. Bütünlüklə başqa, gerçək "Azadlıq" qəzeti! Adına uyğun Azadlıq! Sonralar (çağı bəllidir!) Eləsi olmadı...
Nəcəf bəy 1990-cı ildə Azadlıqdan uzaq salınmışdı. Çox incik idi. Dönə-dönə görüşüb danışandan, Elçibəyi də işə qatandab sonra onu Azadlıq qəzetimizə mən qaytardım. (Bunu faktdan çıxış edərək çəkinmədən deyə bilərəm).
1993-cü il "çevrilişindən" sonra Nəcəf bəy yenidən Azadlıq qəzetinə qayıtmaq istəyirdi. Bunu mən də istəyirdim. İstəyirdim yenidən bir yerdə olaq, yenidən Azadlıq qəzetimizi çıxaraq. Bundan ötrü çalışdım da. Alınmadı. 1990-da olduğu kimi, qəzet başqa ələ keçmişdi. 1990-dakı uğurun baş tutması üçün Elçibəy Bakıda olmalı idi. Elçibəy Bakıdan uzaqlarda idi.
Mənim Nəcəf bəyin geri dönüşündən ötrü görüşüb danışdığım biriləri onu "Azadlıq" qəzetinə yaxın buraxmayacaqlarını kəsinliklə, üstəlik, çox kobud sözlərlə bildirdilər.
Öləndən sonra onların Nəcəf bəyi öyüb göylərə qaldırmaları dedikcə iyrənc idi - sınırsız bir iyrənclik!
Nəcəf bəy böyük ideal adamı idi. Bunu o, qurucularından olduğu AXC hakimiyətindən sona yaxın uzaqlaşmasında da göstərmişdi. Elçibəyin etkisizliyindən yararlanan bəlli bir qruplaşmanın özbaşınalıqları Nəcəf bəyin- bu qanunçu adamın sonucda hakimiyətdən "könüllü" uzaqlaşmasına gətirib çıxarmışdı..."

O bildirib ki, 1993-cü ildən sonra Nəcəfovu qəzetə yenidən qayıtmasına imkan verilməyib, ancaq Xaliq Bahadır həmin şəxsin adını açıqlamayıb.
"Öləndən sonra onların Nəcəf bəyi öyüb göylərə qaldırmaları iyrənc idi - sınırsız bir iyrənclik!"

Xaliq Bahadır