Necə yəni "itlərin saxlandığı mərkəz ziyarət olunub?"
Sentyabr 13
16:17
2021
Şahlar Göytürk
Sabir Rüstəmxanlının "Diqqət! Dil dəqiqliyi sevir!" adlı statusunu oxudum. İradında haqlıdır, "50 baş it" ifadəsində "baş" sözü yersiz işlədilib.
Azərbaycan dilinin izahlı lüğətində "baş" sözünün 18 mənası verilib. 12-ci bənddə qeyd olunur: "Numerativ söz kimi: heyvanları saymaq üçün hesab vahidi..."
İzah dəqiq deyil. Dili yaxşı bilməyən jurnalist sözügedən izaha baxıb "50 baş it" yazacaq, çünki it də heyvandır.
50 baş qoyun, inək olar, "50 baş it" olmaz.
Müqayisə üçün qeyd edim ki, Türk dilinin izahlı lüğətində "baş" sözünün izahı daha dəqiq verilib: "Kasaplık hayvanlarda ve bazı yiyeceklerde adet: Yirmi baş koyun. Üç baş soğan".
Bəli, söhbət "qəssablıq" heyvandan gedir.
İt isə qəssablıq heyvan deyil!
Məqamıdır, kiçik bir haşiyə çıxım. "Qəssablıq" dində məkruh peşə sayılır. "Məkruh olan qəssablıq o peşədir ki, sırf ət satmaq deyildir, bəlkə peşəsi heyvanları öldürməkdir".
Dəyərli oxucu, sallaq sözü müqayisədə (məna baxımından) daha uğurlu sözdür. Amma işlədirikmi?
Müzakirə zamanı "iribuynuzlu" və "xırdabuynuzlu" sözlərinin izahı ilə bağlı yanlış izahlara da tuş gəldim.
"İribuynuzlu" və "xırdabuynuzlu" sözləri vaxtilə rus dilindən edilmiş yanlış tərcümənin nəticəsidir. Bu haqda hörmətli professor Nəsir Əhmədli mətbuatda dəfələrlə çıxış edib: "Rus dilində bu ifadələr belədir: krupnıy roqatıy skot və melkiy roqatıy skot. Buradakı krupnıy (iri) və melkiy (xırda) sifətləri buynuza deyil, skot (mal) isminə aiddir. Yəni krupnıy roqatıy skot-un həm bədəni iridir, həm də buynuzu var (inək, camış), melkiy roqatıy skot-un bədəni balacadır, həm də buynuzu var (qoyun, keçi). Bizdə isə iri və buynuzlu, xırda və buynuzlu sifətlərini birləşdirərək iri və xırda sözlərini buynuz sözünə aid ediblər... Belə çıxır ki, inəklərin və camışların buynuzları iri, qoyunların və keçilərin buynuzları isə xırda olur. Amma heyvandarlığa bələd olan hər kəs bilir ki, qoyunun (qoçun) və keçinin (təkənin) buynuzları bəzən inəklərin (buğaların) və camışların (kəllərin) buynuzlarından yekə olur. Yəqin, gənc jurnalistlər bilmirlər ki, el arasında bu heyvan kateqoriyalarının dəqiq adları var: qaramal (inək, camış) və davar (qoyun, keçi)".
Dilimizdə "iribaş", "iribaşlı" "xırdabaş", "xırdabaşlı" sözlərimiz var. Yəni "başı iri olan", "başı xırda olan" deməkdir. Təkcə "soğan" sözü ilə (iribaş soğan, xırdabaş soğan) işlədilməz. Bu həm də "qəssablıq" heyvanlara aid sözdür.
Məgər dədə-babalarımız "iribuynuzlu mal-qara" deyiblər? Əcdadlarımız başı balaca, xırda olana "xırdabaş", başı böyük olan "qəssablıq" heyvana isə "iribaş mal-qara" deyiblər.
Fakta diqqətinizi yönəltmək istəyirəm.
Məsələn, xəbər saytlarından oxuyuruq: "Yük maşını iri baş mal-qara daşıyırmış".
Gördüyünüz kimi, bu söz həm də mal-qara ilə bağlı işlədilir. Yanlışlıq sözün yazılışı ilə bağlıdır. Söz "İri baş" deyil, "iribaş" şəklində yazılmalıdır. Baş sözü saylarla işləndikdə ayrı yazılar: 5 baş soğan, 2 baş qoyun və s.
Gəlin müqayisə edək. Dilimizdəki "iribuynuzlu", "xırdabuynuzlu" sözlərinin Türkiyə türkcəsindəki qarşılığı"böyükbaş" və "küçükbaş" kəlmələridir. Yəni türk qardaşlarımız ""böyükbaş", "küçükbaş" deyərlər, biz "iribaş", "xırdabaş" deyərik.
Bu qədər sadə və anlaşıqlı!
Ciddi xəbər saytlarında kobud səhvlərin olmasına təəssüflənirəm.
Ədəbi dil normalarına biganə yanaşan jurnalistlərimiz, lütfən, "Saytların dil mənzərəsi"nə həsr etdiyimiz 600 səhifəlik "Hesabat"ımızı hərdən vərəqləyin!
"ABŞ-ın Azərbaycana verdiyi minaaxtaran itlərin saxlanıldığı mərkəz ziyarət olunub. Agentlikdən bildirilib ki, burada avqustun 23-də gətirilən 10 baş minaaxtaran itlərə baş çəkiblər".
Necə yəni "itlərin saxlandığı mərkəz ziyarət olunub?"
Bu ziyarət sözünü niyə belə urvatdan salırlar?
Müqəddəslərin uyuduğu yeri də ziyarət etmək, itlərin saxlandığı mərkəzi də?!