“Nə qədər pozğun, yaramaz, alçaq varsa, hamısı televiziyalardadır”

Yanvar 14
11:16
2023
Xəbər verdiyimiz kimi, ötən gün MTV telekanalında yayımlanan "Ümid ilə gəl” verilişində gərgin anlar yaşanıb. Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə ailələr arasında dava düşüb. Belə ki, studiyada əyləşən nənə boşadığı keçmiş gəlininin 6 yaşlı qızının bakirəliyini yoxlatdırmaq istəyib.
Bu istək studiyada qalmaqal yaradıb. Qısa zaman ərzində sosial şəbəkələrdə də paylaşılan görüntülər izləyicilərin sərt qınağı ilə qarşılaşıb.
Mövzu ilə bağlı yenisabah.az-a danışan ictimai xadim, yazıçı Xeyrəddin Qoca efirdə bu cür müzakirələrin aparılmasını rəzillik adlandırıb:
"Bu çox böyük tərbiyəsizlikdir. Millətimizin böyük hissəsi getdikcə cılızlaşır. Nə qədər pozğun, yaramaz, alçaq varsa, televiziyalardadır. Bu barədə illərdir yazıram. Efirdə bu deyiləsi sözdürmü?! Ayıbdır, vallah, ayıbdır! Xalqdan utanın, ağsaqqal, ağbirçək baxır ayıb deyilmi? Çox biabırçı haldır. O nə deməkdir? Dəhşətdir! Hələ utanmadan bunu dillərinə gətirib efirdə danışırlar. Bu barədə yüzlərlə yazı yazmışam, hamısı yerli mətbuatda dərc olunub. Efirdəki qalmaqalların bu həddə gəlib çatmasının çoxlu səbəbləri var. Birincisi efirə çağırılan şəxslər səviyyısiz olurlar, ikincisi verilişi aparan adam səviyyəsizdir. Aparıcı özü o şəraiti yaradıb ki. Efirində bu cür qalmaqallar olsun. Xalqdan utanmaq, çəkinmək lazımdır, oturuşunu-duruşunu bilməlisən, danışığına fikir verməlisən”.
Yazıçının sözlərinə görə, bu tip hallardan televiziya rəhbərləri birbaşa məsuliyyət daşıyır: