SON XƏBƏR

“Nə azərbaycanlılar, nə də ki, ermənilər günahkardır” - Əkrəm Əylisli

Aprel 02
04:35 2016
"Azərbaycan və Ermənistan xalqını yenidən bir arada görmək qədər ürəkdən istədiyim elə bir böyük arzum yoxdur. Bu işıqlı günə qədər yaşamaq istəyirəm”.

Bu barədə azərbaycanlı yazıçı Əkrəm Əylisli Venesiyada Ka`Foskari Universitetində təşkil olunan "Sivilizasiya yolu” ("İncroci di civita”) adlı ədəbiyyat konfransında çıxışı zamanı söyləyib.

"Hələ Bakıda ikən çıxışım haqqında düşünəndə ağlıma narahatçılıq doğuran söz gəldi: "Sizin qarşınızda təmamilə aciz bir insan dayanıb”. Lakin daha sonra daxildən bir səs gəldi: "Ağlama, yaşlı adamlar kimi gileylənmə. Bu dünyada sənin kimi köməksiz insanlar çoxdur!”. Və əziz həmkarlar, çox təəssüf ki, bu, belədir. Bu gün biz ağlasığmaz dərəcədə qəddar olan bir dövrdə köməksizik.

Mənim soydaşlarım və dindar dostlarım vaxtilə Sovet rejiminə kilsələri bağladığına görə lənət oxuyurdu. Hazırda ölkəmdə nə qədər məscid varsa, bir o qədər də məktəb var, lakin heç kim bununla cənnətə düşməyib. İnsanlarda cəsarət yoxdur ki, gələcəyə ümidlə baxsınlar, eləcə də vaxt yoxdur ki, öz qəlblərinə qulaq assınlar”, - deyə yazıçı söyləyib.

Ə. Əylisli həmçinin qeyd edib ki, o, ömrü boyu ermənilərin çoxunu azərbaycanlılara nifrət etməkdən qoruya bilib: "Anladım ki, bu qanlı konfliktdə nə azərbaycanlılar, nə də ki, ermənilər günahkardır. Əgər siyasət insanların həyatına müdaxilə etməsəydi, onlar bir-birlərinə düşmən olmazdılar. Və mən yenə əminliklə bildirirəm ki, bizim xalqlarımız ayrılıqda yaxşıdır, birlikdə isə sadəcə gözəldir.Bu, iki xalqı birlikdə görməkdən savayı böyük arzum yoxdur. Mən bu işıqlı günə qədər yaşamaq istəyirəm”. (Qaynar.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook