SON XƏBƏR

Nazpəri ölkədən gedir

Noyabr 19
10:43 2015
Xalq artisti nazpəri Dostəliyeva ölkədən gedir.
 
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda mətbuat nümayəndələri ilə görüşdə deyib: "Müvəqqəti olaraq ölkədən gedirəm. Bu görüşümün səbəbi də bu məsələdir. Türkiyədə şirkətlərdən biri ilə müqavilə imzalamışam. Orada albom çıxaracam. 2016-cı ilin fevralında İstanbula köçəcəm".
 
N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə məhkəmə prosesində uduzmasına aydınlıq gətirib: "3 ildir qapalı qalmışam. Heç kimə heç bir söz demirdim. Hər şey üçün çox darıxmışdım. Haqqımda gedən yazılar hər zaman bitərəf yazılıb. Məhkəmə olan müddətdə susdum. Olduqca əsassız və haqsız keçdi. Göz yumdum. İndiyə kimi məhkəmədə 25 min manat təzminat ödənməmişdi. Bir azərbaycanlı övladının toyunda qonorar qarşılığında iştirak etdim. Məsələni siyasiləşdirdilər və məhkəminin qərarını dəyişdilər. Dedilər ki, Avropa məhkəməsinə müraciət et. Başqalarından fərqli olaraq Vətənimi sevirəm, belə addım ata bilməzdim".
 
Qeyd edək ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etdiyini əsas gətirərək, məhkəməyə vermişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook