Nazpəri Dostəliyeva telekanal rəhbərlərinə çağırış etdi
Noyabr 14
18:23
2015
Xalq artisti Nazpəri Dostəliyeva efirlərə buraxılmamasına qarşı etirazını bildirib.
Müğənni bu barədə sosial şəbəkədə insanlara çağırış edib:
"Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm! Dahi lider Heydər Əlirza oğlu Əliyevin imzaladığı Əməkdar artist, cənab prezidentimiz İlham Əliyevin imzaladığı Xalq artisti şərəfinə layiq olan bir sənətkarın efirlərə buraxılmaması nə dərəcədə düzgündür? Mən sənətə gəldiyim gündən Azərbaycanın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam! Heç vaxt adıma, sənətimə, vətənimə, Prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!”.
Xatırladaq ki, xalq artisti bu yaxınlarda açıqlamasında ANS kanalından başqa, bütün televiziyaların ona qadağa qoyduğunu bildirmişdi.



