Nazirlikdən məktəbli formaları ilə bağlı açıqlama
İyun 05
13:17
2023
Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.
O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına formalar aldıqları üçün məcburi edilməmişdi:
"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb yığışıb deyə bilər ki, forma istəmirik. Bu, mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".
Qlobal.az APA-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb yığışıb deyə bilər ki, forma istəmirik. Bu, mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".