SON XƏBƏR

Nazirlikdən koronavirusa görə təhsilin dayandırılması ilə bağlı - AÇIQLAMA

Mart 02
12:40 2020
Təhsil Nazirliyi məktəblərdə təhsilin dayandırılması ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib ki, məsələ barədə hələlik heç bir qərar verilməyib:

"Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə, ilk növbədə mətbuat məlumatlandırılacaq”.

C.Valehov qeyd edib ki, koronavirus epidemiyası ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir:

"Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək”. 

O qeyd ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook