SON XƏBƏR

Nazirlikdən ərəb şahzadələrinin səfərinə - Reaksiya

Oktyabr 14
18:33 2015
Bir neçə aydır ki, ərəb şahzadələri Azərbaycana tez-tez baş çəkir. Onların əsasən ov üçün ölkəmizə təşrif buyurduqları deyilir. Ərəb şahzadələrinin Azərbaycanda hələ ki, sonuncu dayanacaqları Saatlıdır. Rayona 50 nəfərədək ərəb qonağın gəldiyi deyilir. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev də kirayələyiblər. Hətta əvvəlcədən hər evin sahibinə 12000 manat ödədikləri də bildirilir.
 
"Qafqazinfo” məsələni araşdırmağa başlayıb və ərəb şeyxlərinin lisenziya alıb-alması məsələsinə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlkdən bildiriblər ki, onlar heç bir lisenziya almayıblar. Nazirlik əməkdaşlar yerində araşdırma aparır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook