SON XƏBƏR

Nazirlik sexdə aşkarladığı 400 kub materialı "ört-basdır" edir? - Açıqlama

Avqust 22
18:20 2021
Bakıda taxta sexlərinin birindən 400 kub metrə yaxın yerli meşə materialı aşkarlanıb.
 
Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Məlumata görə Binəqədi rayonunda yerləşən "White Palace" şadlıq evini keçdikdən sonra 250-300 metr sonra sağ tərəfdə yerləşən sexin sahibi İsmayıllı rayon Qalınçaq kənd sakini Qabil Hüseynovdur. 
 
Sexə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının baxış keçirdiyi deyilir. 
 
Lakin iddialara görə Xidmətin əməkdaşları sex sahibi ilə "danışıqlara" gedib məsələni ört-basdır eləmək istəyirlər. 
 
Qlobal.az məsələ ilə bağlı ETSN-nin Ekoloji Təhlükəsizlik Xidmətindən münasibət öyrənib. 
 
"Qeyd olunan sexi, ondan bir gün öncə isə regiondan qanunsuz taxta materialını ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidməti aşkar edib, həmin gün mətbuata məlumat verilib, DİN-ə müraciət olunub, sənədləşmə aparılıb və həftənin birinci günü Baş Prokurorluğa sənədlər təqdim olunacaq. Sex sahibi ilə "danışıqlara" getmək istəyi barədə iddiası olanları hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq"-deyə, qurumun açıqlamasında bildirilir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook