SON XƏBƏR

Nazirlik Qarabağda gözünü itirən əsgərə III qrup əlillik təyin etdi - 110 manat alacaq

Fevral 01
17:06 2021
İkinci Qarabağ müharibəsində sağ qurtulan hərbçilərimiz hüquqlarının pozulduğu dövlət qurumları arasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ön sırada dayanır.

Demək olar ki, hər gün sosial şəbəkələrdə və mediada adıçəkilən nazirliyin strukturlarındakı özbaşınalıqlar, qanunsuzluqlar və vətəndaşlara laqeyid münasibət haqda xəbərlərlə rastlaşırıq.

Bu günlərdə Qarabağ savaşından gözünün birini itirməklə, müxtəlif bədən xəsarətləri almaqla çıxan Kürdəmir Rayonunun  Şahsevən kənd sakini  Məmmədov Sadiq Yaşar oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə üzləşdiyi olay isə ağlasığmazdır.

Gununsesi.info-ya müraciət edən gənc qazimizin şikayətini olduğu kimi təqdim edirik:

Mən, 2019 – cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə göndərilmişəm. 27 sentyabr 2020 – ci il müharibə başladıqda döyüşlərdə iştirak etmişəm. 16 oktyabr 2020 ci il tarixdə Ağdərə istiqamətində geden döyüşlərdə ağır yaralanmışam. Belə ki, yaralanma nəticəsində sol gözümü itirmişəm, sağ qolumda güllə yaraları, sağ baldırımın1/3 hissəsində qəlpə yarası, sağ ayağımda qəlpə yarası, ağ və qara ciyərlərimdən qəlpə yarası almışam. Hal- hazırda səhhətim çox pisdir. Mənə Əlillərin Bərpa Mərkəzində tibbi baxış zamanı 3-cü dərəcə əlillik verilib.

Bunu eşidəndə mən şok oldum. Necə ola bilər axı, gözünün birini itirən adama 3-cü dərəcə verilməsi nə deməkdir? Mən buna etiraz edirəm. Aidiyyatı nazirliyə müraciət etdim, mənə qısa müddətdə həll olunacağı deyildi və həll olunmadı.

Mənə 110 manat məbləğində təqaüd kəsildi. 110 manata necə yaşamaq olar?! Əgər gözümü qaytaran varsa, heç bir qəpik belə istəmirəm.

Gununsesi. info xəbər saytı vasitəsi ilə cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya üz tuturam və  xahiş edirəm ki, mənim işimə ciddi şəkildə baxılması üçün göstəriş versinlər”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook