Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
İyul 21
13:54
2022
Mədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.
Bu barədə "Report”un sorğusun cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.