SON XƏBƏR

Nazirlik əməkdaşı işlədiyi qurumun adından dələduzluq edib? – FOTO

Sentyabr 01
14:06 2020
Sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı olduğu deyilən İlyas Mikayılov barəsində iddialar səsləndirilir.

İddialara görə, həmin şəxs Ekologiya və Təbii Sərvətlər nazirliyində işləyir, eyni zamanda ETSN-nin Xırdalan şöbəsinin müdiridir. O, nazirliyin adından istifadə edərək dələduzluq edərək, bir neçə nəfəri aldadıb və külli miqdarda pul mənimsəyib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi İradə İbrahimova Yeniavaz.com-a açıqlamasında İlyas Mikayılov adlı əməkdaşlarının olmadığını bildirdi: "Yayılan məlumatlar həqiqətə uyğun deyil. Ekologiya və Təbii Sərvətlər nazirliyində belə bir adam işləmir”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook