Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov sahibkara şər atır?
Sentyabr 14
06:13
2023
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovun avtomobilinə hücum edərək ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan "CV group" tikinti şirkətinin rəhbəri Vahid Xələfov barədə cinayət işi üzrə araşdırmalara başlanılıb.
İttiham üzrə özünü günahkar bilməyən Vahid Xələfov bildirib ki, Hikmət Xəlilovdan gördüyü işlərə görə pulunu tələb edib və əlində heç bir silah olmayıb.
Odlu silahla hücum?..
İttihamda bildirilir, Hikmət Xəlilov polisə müraciət edərək 06.04.2023-cü il tarixində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində onunla ədavəti aparan əyninə ağ kamuflyaj, sifətinə tibbi maska geyinmiş Vahid Xələfov onun idarə etdiyi "Lexus” markalı, "Az 10 MU 200" qeydiyyat nişanlı avtomobilinin qarşısını kəsib.
Hikmət Xəlilovun iddiasına görə, hücum edərkən həmin vaxt Vahid Xələfovun əlində tapança olub və o, həmin tapança ilə avtomobilin qapısı və şüşəsinə zərbələr endirib, tapançanı ona tuşlayaraq hədə-qorxu gəlməklə pul tələb edib, əks təqdirdə onu öldürəcəyini bildirib.
Biznes şərikləri
Vahid Xələfovla Hikmət Xəlilov əvvəllər şərikli biznes fəaliyyəti göstəriblər. Sonradan tərəflər arasında münasibətlər korlanıb və işgüzar münasibətlər məhkəmə müstəvisində araşdırılmağa başlayıb.
Ən son olaraq Ali Məhkəmə Vahid Xələfovdan 500 min manat tutularaq Hikmət Xəlilovun həyat yoldaşı Südabə Xəlilovaya verilməsi barədə qərarı çıxarıb.
Bundan sonra qərarla razılaşmayan Vahid Xələfov Hikmət Xəlilovun maşının qarşısını kəsərək onu öldürməklə hədələyib və 4 milyon 165 min manat məbləğində pulu qaytarmağı tələb edib.
Vahid Xələfov isə qarşı tərəfin istintaqa dedikləri ilə razı deyil.
Xələfovun sözlərinə görə, o "SV Qrup” tikinti şirkətinin rəhbəri olub.
Hikmət Xəlilovu təxminən 2009-cu ildən tanıyır.
Həmin illərdə o Prezident Administrasiyasında dövlət tikintilərinə nəzarət edən səlahiyyətli şəxs olub.
Onun şirkəti dövlət sifarişlərini yerinə yetirdiyi üçün Xəlilovla tanış olub və aralarında yaxın münasibətlər yaranıb.
2009-cu ildə ilk dəfə Hikmət Xəlilovun atasının M.Muxtar küçəsində yerləşən evinin mansardını tikib, sənədləşmə işləri görüb. Bundan başqa Hikmət Xəlilov ona Qobu qəsəbəsində tikinti materialları zavodu – "Azdeko Panel”in inşasını, o cümlədən atasına, oğluna, özünə aid evlərinin, həmçinin Nərimanov rayonu ərazisində yerləşən MİS binasının (Saatlı binanın yanı) sökülərək yerində inşa edilən Gülsüm Hidayət qızı Musayevaya məxsus 3 mərtəbəli obyektin, həmin ünvanda oğlu Davud Xəlilova ad günü hədiyyəsi olaraq tiktirdiyi ticarət obyektinin tikintisini sifariş verib və tikdirib.
Sonradan Davuda və Gülsüm Musayevaya aid obyektlərin tikintisi ilə bağlı öz narazılığını bildirən Günəş adlı qonşu xanıma şikayətini geri götürməsi müqabilində mağaza tikilərək hədiyyə olunub.
Vahid Xələfova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki tərəf arasında uzun müddətdir tikinti məsələləri ilə bağlı məhkəmə çəkişməsi gedir.
Daha əvvəl isə Hikmət Xəlilovla Vahid Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, həmçinin Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.

"2015-ci ildə Hikmət Xəlilovun özünün də nümayəndəsinin iştirakı ilə yoxlama aparılıb və onun mənə 4 milyon 165 min manat məbləğində borcu olduğu dəqiqləşib. Həmin ilin noyabrında Hikmətlə növbəti dəfə görüşdük və bir daha pulumu ödəməsini istədim. Həmin gün o, şirkətimin hesabına 500 min manat pul ödədi. Ancaq bundan sonra ödəniş etmədi. Daha sonra Hikmətin arvadı Südabə Xəlilova Abşeron rayon Məhkəməsinə iddia ərizəsi verdi ki, guya onun adına olan torpaq sahəsində tikinti materialları zavodunu onların xəbəri olmadan inşa etmişik. Halbuki, zavodun açılışında onlar və yaxın adamları iştirak edib. Zavodu Hikmətin özünün istəyi və sifarişi ilə inşa etdirib işə salmışdıq. Bunu təsdiq edən mənimlə Südabə və Hikmətin arasında istənilən qədər internet yazışmaları var. Həmçinin bu zavod 2 il ərizində inşa edilib, işə başlayıb. Ancaq guya onların bundan xəbəri olmayıb. Hikmət vəzifəsindən və imtiyazlarından istifadə edib və bütün instansiyalara etdiyim etirazlara və şikayətlərə baxmayaraq məhkəmə onun xeyrinə qərar verdi, üzərimə 500 min manatı geri ödəmək öhdəliyi də qoydu. Pulum olmadığına görə bu məbləği ödəyə bilmədim. Nəticədə mənə 10 sutka inzibati həbs verildi. Həbsdən sonra vəkilim Rüstəm, Hikmətin vəkili Kamandar, Hikmətə məxsus olan "Azinport” şirkətinin direktoru İlham Musayevlə şirkətin ofisində görüşdük. Orada Kamandarla İlham dedilər ki, "əslində səndən 500 min təzminatı almaq istəmirik, ancaq istəyirik ki, sən bu pulu ödəyəsən. Südabə bunu bilsin, sonra həmin pulu Südabədən gizlin sənə qaytaracağıq” və təklif etdilər ki, evimi İlhamın adına keçirim. İlham həmin məbləğdə pulu verir, həmin pulu videoçəkilişlə mən ödəyirəm. Sübadə bunu görəndən sonra onlar həm pulu, həm də evi mənə qaytaracaqlar. Təkliflə razılaşdım, evimi İlhamın adına keçirdim. Bundan sonra isə Hikmət nə pul, nə də evi qaytarmadı. Sonra da tələb etdilər ki, ən geci 10 aprel 2023-cü il tarixədək evdən çıxmalıyıq. Hikmətlə görüşüb haqsızlıq etdiyini, mənə ödəməli olduğu 4 milyon 165 min manat pulu və evi geri qaytarmasını istəyirdim. Bunun üçün dələlərlə Hikməti görüşə çağırsam da, görüşməkdən imtina edirdi. Buna gorə də Hikməti işə gedərkən qarşılamağı qərara aldım . Həmin məqsədlə 6 aprel 2023-cü il tarixdə taksi ilə Hikmətin yaşadığı Şağan qəsəbəsində yerləşən evin qarşısına gəldim. Hikmətin öz maşını ilə həyətdən çıxdığını gördüm. Hikmət maşını üstümə sürdü, lakin qaçmadığımı görüb dayandı. Hikmətə təklif etdim ki, maşından düşsün söhbət edək.
Borcumu və evimi qaytarmağını tələb etdim. Lakin Hikmət maşından düşmədi, qapını açıb qolundan yapışaraq aşağı düşürtmək istədikdə maşından Südabənin səsi gəldi. Südabənin narahat olmasını nəzərə alıb maşından kənara çəkildim və onlar çıxıb getdilər", - Vahid Xəlilov məhkəməyə bildirib.