Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb: Vidadi Kərimov kimdir?
May 25
12:19
2022
Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemindən narazılıq artmaqdadır. Nazir Sahil Babayevin dövlət başçısının tapşırıqlarına əsasən bu sahədə müəyyən islahatlar, yeniliklər aparmaq təşəbbüsü bəzi yerli idarələrin rəhbərləri tərəfindən dəstəklənmir.
AzFakt.com-un əldə etdiyi məlumata görə kütləvi narazılıq olan təşkilatlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsidir.
Belə ki, bu qurumda sözün əsl mənasında insanlar süründürməçiliyə məruz qoyulur. Bu dövlət müəssisəsinə gələn vətəndaşlar prosesin uzanmasının səbəbini soruşanda onlara "yuxarı” sorğu göndərmişik, hələ cavab vermirlər” deyirlər. Pensiyaların artımı baş verəndə yenidən hesablanması zamanı artan pensiya məbləğinin bir aylıq həcminin iki misli qədər rüşvət verməsən, işin düzəlməz. Müavinətlərin hesablanması zamanı aşkar rüşvət umulur.
Lakin müəssisənin qoyduğu "tələblərlə" razılaşan vətəndaşların pensiya məsələləri qısa zamanda həllini tapır.
AzFakt.com Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinin müdiri Vidadi Kərimov barədə araşdırma aparıb.
Qeyd edək ki, uzun illər Vergilər nazirliyi sistemində yüksək vəzifələrdə çalışan Vidadi Kərimov işində yol verdiyi saxtakarlığa görə bu sistemdən xaric edilib. Vidadi Kərimov Vergilər nazirliyi sistemində çalışdığı müddətdə özünə xeyli miqdarda var-dövlət də toplaya bilib. Məlumata görə onun hazırda Bakının mərkəzində nazirlərin, biznes adamlarının yaşadığı kompleksdə lüks mənzilinin, eləcə də digər obyektlərinin olduğu deyilir.
Vidadi Kərimovun Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinin müdiri vəzifəsinə təyin olunmasında nazir Sahil Babayevlə olan dostluq münasibətlərinin olması da məlumatlar arasında yer alır.
İddialara görə Vidadi Kərimov yaxın zamanlarda nazirliyin Bakı şəhərində olan təşkilatların birinə gətiriləcəyi də iddialar arasındadır.
Xatırladaq ki, S.Babayev nazir təyin edildikdən sonra Prezident İlham Əliyev cənablarının əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti üçün bir yol xəritəsi olduğunu və bu tapşırıqların əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutduğunu bildirmişdi.
Qlobal.Az