Nazir Şahin Mustafayev Dağıstanın baş naziri ilə kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemi müzakirə edib
Noyabr 25
10:59
2015
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Dağıstanın baş naziri Abdusamad Həmidov arasında danışıq olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin "APA-Economics”ə verdiyi məlumata görə, tərəflər noyabr ayının 14-dən etibarən kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemi müzakirə edib.
"Dağıstan tərəfi bildirib ki, problem ən qısa zamanda həllini tapacaq. Bundan başqa, noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstana səfər edəcək.
Səfər çərçivəsində bu cür problemlərlə bir daha üzləşməməyin yolları müzakirə olunacaq", - deyə A. Əliyev bildirib.