SON XƏBƏR

Nazir qalmaqallı şəxsi yüksək vəzifəyə təyin etdi

Avqust 25
17:43 2021
Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri, nazirin müşaviri olmuş İlham Pirməmmədova Azərbaycan Texniki Universitetində yeni vəzifə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin may ayında Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, universitetin Elm və Texnika üzrə prorektor vəzifəsi ləğv edilib. Onun yerində Elm və İnnovasiya üzrə prorektor vəzifəsi yaradılıb. Bu vəzifəyə elektrik elektronika mühəndisliyi doktoru, professor Çətin Elmas təyin olunub.

Prorektor vəzifəsini itirən İlham Pirməmmədov isə Azərbaycan Texniki Universiteti rektorunun müşaviri təyin edilib.

Qeyd edək ki, İlham Pirməmmədov sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun ən yaxın adamı hesab edilirdi.
 
***

Onu da qeyd edək ki, yerli mediada yazılanlara görə İlham Pirməmmədov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun kadrlarından olub. İ.Pirməmmədov E.Mahmudovun nazir olduğu dövlərdə Təhsil nazirliyini kurasiya edib. 
 
Eyni zamanda İlham Pirməmmədov Təhsil nazirliyinin Aparatının rəhbəri işlədiyi dövrlərdə külli miqdarda var-dövlət də topladığı deyilir. Bakıda fəaliyyət göstərən, dəyəri bir neçə milyon manat olan "Xarı-Bülbül" restoranının sabiq aparat rəhbərinə məxsus olduğu da iddialar arasında yer alır. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook