Nazir müavininin qohumları Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu "fırladır"
Dekabr 12
11:34
2024
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat müdiri Şamil Şahbazov həmin müsəssisənin direktoru Rüstəm Talışınskini məhkəməyə verib, onun həbsini tələb edir.
Bakupost.az xəbər verir ki, məhkəməyə müraciət edən şəxs işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. Ş.Şahbazov məhkəməyə direktorla bağlı faktlar təqdim edib və bu faktları nəzərə alaraq ona cinayət işinin qaldırılmasını xahiş edib.
İşə bu gün Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılacaq. Hakim Əfsanə Heydərovadır.
Qeyd edək ki, İlqar Qasımov 2018-2020-ci illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Ondan sonra təyin olunan direktorların işləmə müddəti çox az olub. Belə ki, 2020-2024-cü illər ərzindı 4 direktor dəyişib. Ondan sonra direktor təyin olunan Elviz Qasımov (Respublika Klinik Xəstəxanasının hazırki direktoru) cəmi 9 ay, Şahin Əkbərov təxmini 1 il, Kamil Eyvazov 5-6 ay çalışıb. Bu ilin may ayında isə Direktor vəzifəsində haqqında məhkəməyə şikayət edilən Rüstəm Talışinski təyin edilib.
Məhkəmə prosesini işıqlandıracağıq.
Qlobal.az