Nazir müavininə arxalanan baş həkim dəlilik kağızı satır?
May 17
10:58
2022
İndi haqqında bəhs edəcəyimiz Ağcabədi Rayon Mərkəzi Xəstəxanası haqqında, qısa məlumat vermək istəyirik.
Mərkəzi Xəstəxananın əsas binası 2013- cü ildə tikilmiş, hal-hazırda əhalinin istifadəsindədir.
Rayon Mərkəzi xəstəxanası 18 şöbədən ibarətdir.
1.Cərrahiyyə şöbəsi 40 çarpayılıq
2.Terapiya şöbəsi 40 çarpayılıq
3.Pediatriya şöbəsi 30 çarpayılıq
4.Lor şöbəsi 10 çarpayılıq
5.Mama-ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 30, ginekoloji şöbə 10 çarpayılıqdır.
6.Onkoloji şöbə 10 çarpayılıq
7.Anesteziologiya-reanimasiya şöbəsi 15 çarpayılıq
8.Hemodializ şöbəsi 5 çarpayılıq
9.Yoluxucu xəsəliklər şöbəsi 15 çarpayılıq
10.Vərəm şöbəsi 15 çarpayılıq.
Özünüz də gördünüzmü, söhbət hansısa əyalət, ucqar kənd xəstənanasından deyil, müasir tələblərə cavab verən xəstəxanadan gedir. Və xəstəxananın hər bir işçisi dövlətdən əmək haqqı alır.
Ağcabədi rayon Mərkəzi xəstəxanası üzrə 125 nəfər həkim çalışır. 472 nəfər orta tibb işçisinin 17 nəfəri laborant, 62 nəfəri mama, 35 nəfəri feldşer, 1 nəfər diş texniki, 2 nəfəri əczaçı, 2 nəfəri rentgen texniki, 3 nəfəri anestezist, 350 nəfəri isə tibb bacısıdır.
İndi görək, bu boyda xəstəxananın, yüzlərlə tibb işçisinin baş həkimi olan Məmmədova Təranə Cabbar qızı hansı əməllərin sahibidir..?
Məlumat üçün onu da qeyd edək ki, Təranə Məmmədova həm səhiyyənin direktor müavini, həm də və ƏN ƏSASI tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədridir.
Yəni Təranə Məmmədova istəsə qələmi ilə sağlamı zəlil, əlili isə sağlam edə bilər.
Təsəvvür edirsiniz, Təranə Məmmədova sağlam şəxsləri guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə dövlət büdcəsinə yüz minlərlə ziyan vurur.
Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan siyahıya baxa bilər:
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s.
Bəli, bu yolla Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır.
Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir.
Bəli, Baş həkim Təranə Məmmədova hər yerdə deyir ki, arxamda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov durub, mənə kimsə heç nə edə bilməz.
Bəli, neçə illərdir Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri sövdələşərək minlərlə vətəndaşı saxta yolla təqaüdə çıxarıblar.
Bu dövlət büdcəsinə vurulan milyonlarla ziyan deməkdir.
Məhz bu səbəbdən sabiq "əmək naziri” vəzifəsindən azad edildi və üstəlik neçə ildir ki, həbsxana həyatı yaşayır.
Səhiyyə naziri Oqtay Şirəliyev isə vəzifəsindən çıxarılmaqla canını qurtara bildi.
Və yeni "əmək naziri” olan cənab Sahil Babayev isə Səlim Müslümovun səhvlərini düzəldərək "paçka-paçka” əlili əlillikdən məhrum edir və özünü Kürdəxanı türməsinin kameralarında yaşamağa hazırlayır.
Beləcə, bu dairə qapanmaq bilmir.
Elə bilirsiniz ki, ölkədə Təranə Məmmədova kimi baş həkimlər birdi, ikidi...?
Bütün bunlar azmış kimi, mediada Təranə Məmmədovanın bir əməlindən də bəhs edilir.
Deməli, Təranə Məmmədova işə cangüdənlə, mühafizəçi ilə gəlib-gedir.
Bir soruşan yoxdur ki, Təranə Məmmədova kimdir ki, "teloxranitel” saxlayır..?
Görəsən, Təranə Məmmədova cangüdənə maaşı hansı hesabdan ödəyir..?
Bunlar bir yana qalsın...
Ağcabədi sakinləri yazır ki, Təranə Məmmədova dövlətin möhürünü cangüdənə verib.
Bəli, sakinlər soruşanda ki, dövlətin möhürünü niyə can güdənə vermisən..?
Baş həkim Təranə Məmmədova deyib ki, vallah özüm çatdıra bilmirəm.
Bəli Təranə Məmmədovanın cangüdəni kimə gəldi möhürləyib "pandemiya icazəsi” verib. Və bu yolla külli miqdarda pul qazanıblar.
İndi gördünüzmü, baş həkim Təranə Məmmədova təkcə əlillik-zəlillik sənədi vermir, həm də koronavirus "pasportu” da paylayırmış.
Biz Gündəlik-Bakı olaraq redaksiyamıza daxil olan məlumatları ictimailəşdirdik.
Qoy, hüquq-mühafizə orqanları ölçü götürsünlər.
Ancaq onu da qeyd edək ki, Təranə Məmmədova ilə bağlı yeni informasiyalar redaksiyamıza daxil olmaqdadır.
Araşdırmamız davam edir, mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S Bilirsiniz Təranə Məmmədova Rafil Hüseynovla bərabər kimə arxayındır? Sahil Babayevin hörmətli müavini və yaxın qohumu Nəbi Muxtarovun qızı Mətanət xanıma. Bu haqda növbəti sayımızda.
Mənbə: gundelik-baku.com
Qlobal.az