Nazir əmr imzaladı: “Son zəng” bu tarixdə keçiriləcək
İyun 09
13:58
2022
Ümumi təhsil müəssisələrində "Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, "Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.