SON XƏBƏR

Nazir bu şəxsi vəzifədən azad etdi

Sentyabr 11
13:09 2023
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, mədəniyyət nazin Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook