Nazir bu rayonlara polis rəisi təyin etdi
İyun 07
09:18
2022
Bərdə Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq, Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.



