Naxçıvanda “Rehabus” layihəsinə start verildi - FOTO

Fevral 04
12:23
2025
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin "Rehabus” layihəsinə start verilib.
Qlobal.az xəbər verir ki, məlumatı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Reabilitasiya avtobusu müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasını təmin edir.
Reablitasiya avtobusu ilkin olaraq Babək rayonunun kəndlərindən əvvəlcədən müəyyən edilən ünvanlardan əlilliyi olan şəxsləri götürərək Naxçıvan şəhərində yerləşən
Uşaq Bərpa və Əlillərin Bərpa Mərkəzlərinə çatdırır.
Reablitasiya proseduru bitdikdən sonra isə onları yenidən ünvanlarına qaytarır.




