Naxçıvanda qum, daş monopoliyası: İkiqat bahalaşma
May 12
09:26
2023
Naxçıvanda qum və çay daşının qiyməti iki dəfə bahalanıb. Əvvəllər bir maşını 180 manata satılan çay daşının qiyməti 400 manata, bir kub metri 10 manata olan qum isə 20 manata qaldırılıb.
Bahalaşmaya səbəb „Arkoz Holdinq"in bu işi manopoliyaya alması olduğu bildirilir. Naxçıvanda hakimiyyət dəyiməzdən öncə isə, bu işlərə o vaxtkı hakim ailə Talıbovlara məxsus şirkətlər nəzarət edirdi.
"Əvvəl 5-10 manat verib, qumu özümüz çaydan daşıyırdıq, tökdüyümüz kərpic çox ucuz qiymətə başa gəlirdi. Biz də üstünə biraz qoyub, satırdıq. Bu səbəbdən Naxçıvanda kərpicin qiyməti Bakıya nisbətən 50 faiz ucuz idi. Əvvəlcə qum daşıyan maşınlarımızı tutub, 300-500 manat cərimələməyə başladılar. Daha sonra isə, tam qadağa qoyuldu. İndi qumu çıxarmaq yalnız „Arkoz Holdinq”ə tapşırılıb. Qumu daşıyıb, özlərinin xüsusi yerlərinə boşaldırlar. Ancaq gedib, oradan almaq olur. Onlar da elə qiymət qoyub ki, əvvəlkindən ikiqat baha. Bu qiymət sərf eləmir deyə, sexləri bağlamalı olduq. Bu səbəbdən onlarla ailə çörəksiz qalıb".
Yeni evlənmiş oğluna ev tikmək istəyən Şahbuz rayon sakini Qadir Mustafayev də bahalaşmadan sonra tikintini dayandırmağa məcbur olduğunu bildirir: