SON XƏBƏR

Naxçıvanda qazi özünü Şəhidlər Xiyabanında yandırıb

İyun 09
13:29 2023
Qarabağ qazisi Sahil Məmmədov iyunun 7-də Şahbuz rayon Şəhidlər Xiyabanında özünü yandırıb. Rayonun Şahbuzkən kənd sakini olan 24 yaşlı qazinin 44 günlük müharibədə bədəninin bir neçə yerindən ağır yaralandığı bildirilir.
 
Qazi yaxınlarının "Gündəlik Naxçıvan"a verdiyi məlumata görə, o əvvəlcə Şahbuz rayon xəstəxanasına, daha sonra Naxçıvan MR Respublika Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan, bir gün sonra həkimlərin məsləhəti ilə xəstə Bakıdakı 5 Saylı Klinik Xəstəxananın Yanıq Şöbəsinə gətirilib. Yaxınları bildirir ki, Sahil Məmmədov sosial vəziyyətinin ağırlığına, aidiyyəti qurumların etinasızlığına etiraz olaraq intihara cəhd edib:

"Təcili Bakıya, yanıq mərkəzinə aparmağımızı istədilər. Burada isə ona 3-cü dərəcə yanıq diaqnozu qoyulub. Bədəninin 70 faizi yanıb. Öünü yandırmasına səbəb, müavinət ala bilməməsi, sosial vəziyyətinin ağırlığı, iş tapa bilməməsi, aidiyyatı qurumların biganəliyi olub. Problemləri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, fikir verən olmayıb. Çarəsizlikdən özünü yandırdı".

5 Saylı Klinik Xəstəxananın Yanıq Şöbəsindən də xəbəri təsdiqləyərək, xəstənin vəziyyətinin orta-ağır olduğunu, həyati təhlükə ehtimalının az olduğunu bildirdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook