SON XƏBƏR

"Naxçıvanda maraqlanmalı nə var ki?...” – Deputat Eldar İbrahimov

Noyabr 29
15:09 2022
"Mənim Naxçıvanda baş verən hər hansı hadisə haqqında məlumatım yoxdur. Mən də sizin kimi bəzi xəbərləri mətbuatdan oxuyuram. Ona görə də bilmədiyim şey haqqında danışmaq istəmirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvandan olan deputat Eldar İbrahimov Muxtar Respublikanın gömrük orqanlarında keçirilın anti-korrupsiya əməliyyatlarına dair suala cavabında deyib.

"Bəs, bölgənin deputatı kimi nə üçün maraqlanmırsınız” sualına isə deputat belə cavab verib: "Xəbərlər yayılır, eşidirik. Maraqlanmalı nə var ki?”

Xatırladaq ki, Eldar İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən bir neçə dəfə deputat seçilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook