SON XƏBƏR

Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salındı

Avqust 08
10:49 2023
Naxçıvanda keçiriləcək "Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya bürosuna Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Buna görə də, festival 8-9 sentyabr tarixlərinə təyin olunub.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, son günlər Azərbaycanda havanın temperaturu artıb və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook