SON XƏBƏR

Naxçıvanda “İmamzadə”də türbəsi bərpa olunub

Fevral 16
14:47 2016
Naxçıvanın Xanlıqlar kəndində "İmamzadə”də ziyarətgahı bərpa olunub.
 
"Report”un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bərpa işləri ilə tanış olub. V.Talıbov deyib ki, ziyarətgahların ərazisi abad və səliqəli olmalıdır: "Ona görə də Xanlıqlar kəndindəki "İmamzadə” bərpa olunaraq ona ikinci həyat verildi, türbənin yerləşdiyi ərazi abadlaşdırıldı. Həyata keçirilən bu tədbirlər tarixi-mədəni irsimizə göstərilən qayğı olmaqla yanaşı, eyni zamanda türbədə məzarı olan Şahzadə İbrahimə, onun ailəsinə və dinimizə hörmətin daha bir ifadəsidir. Ziyarətgaha gələn insanlar da bu amili diqqətdə saxlamalı, təmizliyə riayət etməlidirlər".
 
Qeyd edək ki, "İmamzadə” giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri zamanı "İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook