Naxçıvanda göycə festivalı keçiriləcək - Video
May 18
12:37
2016
Bu il may ayının 21-22-də Naxçıvan şəhərində GÖYCƏ FESTİVALI keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq Festival "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 21-22 may tarixlərində keçiriləcəkdir.
Hər bir bölgə özünəməxsus meyvələri ilə tanınır. Azərbaycanın müxtəlif bölgələrində, həmçini dünyada belə festivalların keçirilməsi artıq ənənə halını alıb. Məsələn Zaqatalada fındıq festivalı, Göyçayda nar festivalı, Türkiyənin Antalya şəhərində "Portağal”, Adana şəhərində "Qarpız” festivalları keçirilir.
Elə meyvələr vardır ki, onlar yalnız həmin ərazidə bitir, yaxudda başqa ərazidə bitsə də onun dadı heç vaxt o ərazidəki kimi olmur. Belə meyvələrdən biri də göycədir.
Göycənin adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı göy-göy yeyildiyi üçün elə "Göycə” adlanır. Göycə ancaq Naxçıvanda yetişir. Bu meyvənin digər rayonlarımızda yetişməsi mümkün deyil. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir.
Göycə, naxçıvanlılar üçün Əlincə qalası qədər doğmadır. Siz bu meyvəni gördüyünüz an onu alça adlandıracaqsınız. Bunun qarşılığında isə əsl naxçıvanlı sizə, onun alça ilə fərqli cəhətlərini sayacaq. Naxçıvanda elə insanlar var ki, onlar ayrı-ayrı kəndlərdə bitən göycəni dadına və əlamətinə görə fərqləndirə bilirlər. Bəzilərinə görə, göycənin ən yaxşısı "Xıncab”da, bir çoxlarının fikrincə "Şahab”da, digərlərinin iddiasına görə isə, "Qurdlar məhəlləsi”ndə yetişir.
Naxçıvan göycəsi kəm-turş dada malik, orta böyüklükdə meyvədir. Bu meyvə o qədər sulu olur ki, 10 gün müddətinə yığılmadıqda ağacda partlayır, şirəsi axır. Göycə ağacının qələmi başqa yerdə əkilərsə, onun məhsulu xələfindən fərqli olaraq dadsız olur.
Naxçıvan göycəsi insan orqanizmi üçün xeyirlidir. Təbiblərin fikrincə, kirəcləşmiş damarların açılmasında göyçə xüsusi əhəmiyyət daşıyır. Göycə bədəndə təzə qan yaradır. Hamilə qadınların müəyyən miqdarda Göycə yeməsi dölün sağlamlığına müsbət təsir edir. Hipertoniya, qan azlığı olanlara da faydalıdır.
Susuzluğu tez yatırır və iştahaçıcı vasitə hesab edilir. Həkimlərin dediyinə görə, göycədə C vitamini çoxdur. Kirəcləşmiş damarların açılmasında göycə xüsusi əhəmiyyət daşıyır.
Meyvələri may ayının əvvəlindən iyun ayına qədər yetişir.
Göycənin ən yaxşı təbliğini isə milli lider Heydər Əliyev səfərə çıxarkən Bakıda hava limanında jurnalistlərin gözü qarşısında bu meyvəni iştaha ilə yeyərkən edib.
Göycənin ancaq Naxçıvanda yetişməsi onun erməni təcavazandən də qoruyub. Belə ki, Naxçıvanda yetişən üzüm sortları və əriyi "erməniləşdirən” üzdəniraq qonşular Göycəyə "sahib çıxa” bilməyiblər. Çünki bu bitkinin yaxşı meyvə verməsi üçün mütləq Naxçıvan torpağının iqlım şəraiti və havası olmalıdır.
Bir sözlə, Göycə ağacı doğma torpağa, bu gün Naxçıvanla bağlı həqiqətləri əcnəbi KİV-lərdə təhrif edən bəzi "naxçıvanlılardan” daha çox bağlıdır...
Qəribədir ki, "Naxçıvan göycəsi”nin də bir çox populyasiyaları var: Sulu-şirəli, iri göyçələr Şıxmahmud, Zeynəddin, Bənəniyar, Xalxal, Şahtaxtı, Dəstə, Nüsnüs, Əndəmic kəndlərinin bərəkətli torpaqlarında bir-birindən fərqli dada malikdir.
Onu da qeyd edək ki, "göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Yəni göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir; ədəbi dildə də rast gəlinmir. "Göycə” sözündəki "göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni "göycə” adlandırmışlar.

Yalnız Naxçıvanda bitən meyvə...
Naxçıvan çox nemətlərilə məşhurdur. İstər təbii duzu, istər mineral bulaqları, istərsə də Əshabi-Kəhfi ilə hamını heyrətləndirir. Ancaq Naxçıvan üçün daha maraqlı bir nemət var ki, bu mövsümdə bütün ölkədə çox populyar olur. Söhbət Naxçıvan meyvələri sırasında həmişə birirnci olan Göycə alçasından gedir.
Göycənin adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı göy-göy yeyildiyi üçün elə "Göycə” adlanır. Göycə ancaq Naxçıvanda yetişir. Bu meyvənin digər rayonlarımızda yetişməsi mümkün deyil. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir.
Göycə, naxçıvanlılar üçün Əlincə qalası qədər doğmadır. Siz bu meyvəni gördüyünüz an onu alça adlandıracaqsınız. Bunun qarşılığında isə əsl naxçıvanlı sizə, onun alça ilə fərqli cəhətlərini sayacaq. Naxçıvanda elə insanlar var ki, onlar ayrı-ayrı kəndlərdə bitən göycəni dadına və əlamətinə görə fərqləndirə bilirlər. Bəzilərinə görə, göycənin ən yaxşısı "Xıncab”da, bir çoxlarının fikrincə "Şahab”da, digərlərinin iddiasına görə isə, "Qurdlar məhəlləsi”ndə yetişir.
Naxçıvan göycəsi kəm-turş dada malik, orta böyüklükdə meyvədir. Bu meyvə o qədər sulu olur ki, 10 gün müddətinə yığılmadıqda ağacda partlayır, şirəsi axır. Göycə ağacının qələmi başqa yerdə əkilərsə, onun məhsulu xələfindən fərqli olaraq dadsız olur.
Naxçıvan göycəsi insan orqanizmi üçün xeyirlidir. Təbiblərin fikrincə, kirəcləşmiş damarların açılmasında göyçə xüsusi əhəmiyyət daşıyır. Göycə bədəndə təzə qan yaradır. Hamilə qadınların müəyyən miqdarda Göycə yeməsi dölün sağlamlığına müsbət təsir edir. Hipertoniya, qan azlığı olanlara da faydalıdır.
Susuzluğu tez yatırır və iştahaçıcı vasitə hesab edilir. Həkimlərin dediyinə görə, göycədə C vitamini çoxdur. Kirəcləşmiş damarların açılmasında göycə xüsusi əhəmiyyət daşıyır.
Meyvələri may ayının əvvəlindən iyun ayına qədər yetişir.
Göycənin ən yaxşı təbliğini isə milli lider Heydər Əliyev səfərə çıxarkən Bakıda hava limanında jurnalistlərin gözü qarşısında bu meyvəni iştaha ilə yeyərkən edib.
Göycənin ancaq Naxçıvanda yetişməsi onun erməni təcavazandən də qoruyub. Belə ki, Naxçıvanda yetişən üzüm sortları və əriyi "erməniləşdirən” üzdəniraq qonşular Göycəyə "sahib çıxa” bilməyiblər. Çünki bu bitkinin yaxşı meyvə verməsi üçün mütləq Naxçıvan torpağının iqlım şəraiti və havası olmalıdır.
Bir sözlə, Göycə ağacı doğma torpağa, bu gün Naxçıvanla bağlı həqiqətləri əcnəbi KİV-lərdə təhrif edən bəzi "naxçıvanlılardan” daha çox bağlıdır...
Qəribədir ki, "Naxçıvan göycəsi”nin də bir çox populyasiyaları var: Sulu-şirəli, iri göyçələr Şıxmahmud, Zeynəddin, Bənəniyar, Xalxal, Şahtaxtı, Dəstə, Nüsnüs, Əndəmic kəndlərinin bərəkətli torpaqlarında bir-birindən fərqli dada malikdir.
Onu da qeyd edək ki, "göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Yəni göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir; ədəbi dildə də rast gəlinmir. "Göycə” sözündəki "göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni "göycə” adlandırmışlar.
Onu da xüsusilə qeyd etmək istəyirəm ki, bu gün muxtar respublikamızın rayonlarında göycədən gəlir götürənlər az deyil. Muxtar respublikanın ticarət obyektlərində indi göycə bolluğu var. Alıcısı da başının üstündə. Ancaq qiyməti bahadır. 2-5 manat arası dəyişir. Dadlarının fərqli olması qiymətlərin də müxtəlif olmasına gətirib çıxarır. (Mənbə: NAXÇIVANXEBERLERİ.COM)
Qlobal.az