SON XƏBƏR

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib

Fevral 17
10:30 2016
Bu gün əsgərlərimizin daha yaxşı xidmət aparmaları üçün hərtərəfli şəraitin yaradılması əsgər adına verilən yüksək qiyməti özündə ehtiva edir. İndi əsgərlərimiz ən müasir şəraitə malik hərbi hissə və bölmələrdə xidmət aparır, Vətənimizin müdafiəsində ayıq-sayıq dayanırlar. Təbii ki, hər bir əsgərin təkcə hərbi xidmət müddətində deyil, bütün həyatı boyunca şərəflə xatırlayacağı bir məqam var. O da hərbi andı qəbul etdiyi gündür.
 
Belə ki, Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
 
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ilk olaraq gənc əsgərlərin andiçmə mərasiminə hazırlıqları ilə bağlı məruzə edilib. Sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib.
 
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib. Hərbi andı qəbul edən əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına söz veriblər.
 
Əsgərlər hərbi andı qəbul etdikdən sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının təbriki şəxsi heyətə çatdırılıb. Daha sonra zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar. Sonda tribunanın önündən təntənəli keçid olub.
 
Zabitlərimizlə həmsöhbət olanda bildirdilər ki, onlar gənclərimizi əsl döyüşçü, yenilməz vətən müdafiəçisi kimi yetişdirirlər. Valideynlərə gəldikdə isə təbii ki, onlar da öz sevinclərini gizlədə bilmir, övladlarının Azərbaycan əsgəri adına layiq görülməsi ilə fəxr edirlər.
 
Beləliklə də Əlahiddə Ümumqoşun Orduda yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış əsgərlərimiz komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə, xalqa sədaqət andı içdilər.
 
Bununla da onlar Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil oldular.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook