SON XƏBƏR

Naxçıvan Nümayəndəliyinin və DİN-in birgə məlumatı

İyul 29
10:36 2021
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
 
Qlobal.az məlumatı təqdim edir:

"Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki,01 iyul 2021-ci il tarixdən etibarən həyata keçirilən,Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatda olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş,itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri,Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti  fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 15 avqust 2021-ci il tarixinədək  uzadılmışdır. 
 
Tel:(012) 590-64-43,590-64-31."



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook