Naxçıvan Nümayəndəliyinin rəhbəri Tacikistanın Səfiri ilə görüşüb - FOTO
Yanvar 10
13:01
2020
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Rustam Soli ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Məlumatı Daimi Nümayəndəlik yayıb.
Qlobal.az






