SON XƏBƏR

Naxçıvan nümayəndəliyinin rəhbəri Çin Xalq Respublikasının səfiri ilə görüşüb

Noyabr 06
00:34 2019
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Guo Minlə görüşüb.

Qlobal.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı mövcud münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli,hərtərəfli əməkdaşlıq,həyata keçiriləcək yeni layihələr, rəsmi səfərlər, qarşıda duran vəzifələr və s. məsələlər ətrafında səmimi müzakirələr aparılıb.
 
Görüşdə xanım Səfiri 3-cü Katib xanım Xu Qing müşayiət edib.
 
Məlumatı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi yayıb.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook