SON XƏBƏR

Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib

Aprel 18
00:42 2025
Naxçıvan şəhər icra Hakimiyyətinin başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib.
 
Qlobal.az xəbər verir ki, İmran Məmmədovun ticarət mərkəzi Bakıda Ceyhun Hacıbəyli 41A ünvanında yerləşir.
 
Obyekt 3 mərətəbli və mansardlıdır. 
 
Obyektin ümumi sahəsi 300 kvadrat metrdən artıqdır.
 
Qeyd edək ki, bu ərazidə qeyri-yaşayış binalarının, ticarət obyektlərinin 1 kvadrat metrinin satış qiyməti 7 min manatdan başlayır.
 
Xatırladaq ki, İmran Məmmədov Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini olmaqla yanaşı, həm də İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.
 
Cahandar Laçınlı
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook