Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayır
Fevral 16
11:35
2016
Fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaqdır. Avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcəkdir.
İlk marşrut 2016-cı il fevralın 20-də, saat 7:30-da Naxçıvan şəhər avtovağzalından yola düşəcəkdir. Məlumat üçün qeyd edək ki, bir nəfər üçün biletin qiyməti 27 manatdır.
Bilet almaq üçün muxtar respublika ərazisindəki avtovağzallara müraciət etmək olar.
şerqqapısı.az



